Tramp Ərdoğanla görüşmək istəyir

Xəbərin çap versiyası
Tarix: 26-06-2018, 13:18    |    Xəbər oxunub: 797 dəfə
Tramp Ərdoğanla görüşmək istəyir


“Ölkələrimiz arasındakı güclü əlaqələrimizi bir daha vurğulamaq üçün prezident Tramp ilə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında bir görüş keçirmək istiqamətində işləyirik”

Bunu Ağ Evin sözçüsü Sara Sanders bu gün keçirdiyi brifinqdə deyib.
S.Sanders əlavə edib ki, Türkiyə demokratiyanı gücləndirmək üçün adımlar atmalı və ABŞ-la ikitərəfli münasibətlərdəki bir sıra məsələlərin həllində irəliləməyə davam etməlidir. Lakin Sanders Tramp-Ərdoğan görüşünün nə vaxt və harada keçiriləcəyilə bağlı məlumat verməyib.

Hər iki liderin görüşündə əsas müzakirə predmetinin Suriya və Ankaranın Moskvadan "S-400" sistemlərini almaq məsələsinin olacağı gözlənilir.

Ağ Evin sözçüsü qeyd edib ki, Donald Tramp seçkilərdə qələbə qazanması münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vuracaq.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 24 iyunda Türkiyədə keçirilən seçkilərin nəticələrinə münasibət bildirərək, yaydığı bəyanatda “türk seçicilərinin qərarına hörmətlə yanaşırıq” ifadəsini işlədib. (Azvision)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zakir Həsənov:

Zakir Həsənov: "Düşmən təxribatlarının qarşısı adekvat tədbirlərlə alınmalıdır"

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

Sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı-

Sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı- Azərbaycanda dəhşətli hadisə

Kümçülər 499,28 ton yaş barama təhvil veriblər

Kümçülər 499,28 ton yaş barama təhvil veriblər

Sabiq nazir mülk davasına başladı -

Sabiq nazir mülk davasına başladı - Şirkəti və dövlət qurumunu məhkəməyə verdi

Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib

Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib

Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır-

Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır- Niftalı Qasımovu yalan danışmağa kim və nə vadar edir?

Qüdrət Qurbanov Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Qüdrət Qurbanov Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Mehriban Əliyeva Həlimə Əliyevanın ailəsinə başsağlığı verdi

Mehriban Əliyeva Həlimə Əliyevanın ailəsinə başsağlığı verdi

Bakıda peyda olan bu şəxslər kimlərdir?

Bakıda peyda olan bu şəxslər kimlərdir?

Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi

Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi

Elçibəyin xanımının cənazəsi Kələkidədir

Elçibəyin xanımının cənazəsi Kələkidədir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur