Rusiyanın layihəsinə veto qoyulacaq


Rusiyanın layihəsinə veto qoyulacaq


Danimarka parlamentində “Şimal axını-2” qaz boru kəmərinin tikintisi üzrə layihənin reallaşdırılımasına veto qoyacaq, yaxud bu layihənin icrasını gecikdirəcək qanunverici təşəbbüs irəli sürülüb.

AzVision.az xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Lars Lyukke Rasmussen keçirdiyi mətbuat konfransında bəyan edib.
“Mənim mövqeyim ondan ibarətdir ki, “Şimal axını-2” layihəsi geosiyasi və bütövlükdə Avropa ilə bağlı mahiyyət ehtiva edir. Odur ki, Danimarka bu məsələni təkbaşına həll edə bilməz. Hesab edirəm ki, bu məsələni Avropa ölkələrinin danışıqlar masasına çıxarmaq lazımdır. Risklərin ciddi şəkildə təhlili və yanacaq tranziti ölkəsi kimi Ukraynanın rolu baxımından bu məsələ ümumavropa səviyyəsində müzakirə olunmalıdır” – deyə Rasmussen bildirib.

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı “Şimal axını-2” qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi “Qazprom” bəyan edib ki, “Şimal axını-2” layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.

Baltikyanı ölkələr, Polşa və Ukrayna “Şimal axını-2” qaz boru kəmərinin tikintisinə qarşı çıxırlar. Bildirilir ki, “Şimal axını-2” iqtisadi layihə deyil və Avropanın bütövlüyünə zərbə vurmağa hesablanıb. ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını-2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığı daha da artacaq. Vaşinqton ehtiyat edir ki, "Şimal axını-2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu