Türkiyə Aİ-yə qoşulmaq şansını itirdi


Türkiyə Aİ-yə qoşulmaq şansını itirdi


Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üçün Ankara ilə aparılan danışıqlar dalana dirənib.

AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının genişlənmə məsələsinə dair təqdim etdiyi qətnamə layihəsində deyilir.
“Türkiyə Aİ-dən getdikcə uzaqlaşır. Ona görə də, Türkiyənin Aİ-yə daxil olması üçün aparılan danışıqlar faktiki surətdə dalan dirənib. Bununla əlaqədar olaraq, hazırda Aİ ilə Türkiyə arasında Gömrük İttifaqının modernləşdirilməsi üzrə heç bir işin davam etdirilməsi nəzərdə tutulmur”, – deyə sənəddə bildirilib.

Həmçinin, ölkədəki hüquq və azadlıqların müxtəlif sahələrində müşahidə olunan neqativ tendensiyalardan geri dönməyə dair Türkiyə hökumətinə çağırış edilib.

Qeyd edək ki, Avropa İttifaqı Komissiyasının apreldə dərc etdiyi hesabatda qurumun əsas dəyərlərini pozduğuna görə, Türkiyənin İttifaqa qoşulması prosesinin geriyə doğru getdiyi bidirilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu