Qaradərili qadın ağdərili polisləri öldürməklə bağlı çağırış etdi


Atlanta şəhərinin (Corciya ştatı) polis əməkdaşları, öz facebook səhifəsindən bütün ölkə boyu ağdərili polisləri öldürməyə çağırış edən qaradərili qadını həbs ediblər.

AFN.az qazeta.ru saytına istinadən xəbər verir ki. bu haqda New York Daily News nəşri məlumat yayıb. 33 yaşlı Eboni Dikkens sosial şəbəkədə yazıb ki, “bütün qaradərili adamlar ayağa qalxmalı və ölkə boyu hər yerdə ağdərili polisləri güllələməlidirlər”. Çağırışda qadın həmçinin deyib ki, “şəxsən özü sabah ən azından 15 nəfər polisi öldürəcək”.
Hazırda qadın həbsdədir və ona qarşı terror aktlarına çağırışla bağlı ittiham irəli sürülüb, lakin, digər ittihamların irəli sürüləcəyi də istisna olunmur. Fakt üzrə istintaq işləri aparılır.
Nəşrin qeyd etdiyinə görə, qadının həbsi Baltimor şəhərində qaradərili Freddi Qreyin həlak olmasından sonra müşaiyət edilən kütləvi etirazlar fonunda baş verib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu