Aİ-dən “Şərq tərəfdaşlığı” ölkələrinə dəstək


Aİ-dən “Şərq tərəfdaşlığı” ölkələrinə dəstək


Avropa İttifaqı (Aİ) “Şərq tərəfdaşlığı” proqramında iştirak edən bütün altı üzv ölkə ilə aparılan işlərdə irəliləyişlər əldə olunduğunu təsdiq edir. Aİ tərəfdaş ölkələrə bundan sonra da dəstək göstərmək fikrindədir.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini deyib.

““Şərq tərəfdaşlığı”nın bütün altı üzv ölkəsilə irəliyə doğru addım atmışıq. Hər biri ilə özünəməxsus şəkildə... Amma deyərdim ki, irəliləyiş var və onlarla gördüyümüz iş təkcə onlar üçün deyil, bizim üçün də olduqca əhəmiyyətlidir”, - deyə Mogerini bildirib.

F.Mogerini əlavə edib ki, oktyabrda “Şərq tərəfdaşlığı” ölkələrilə nazirlər səviyyəsində görüşə hazırlıq aparılır: “Oktyabrdakı görüşdə bizim olduqca vacib, əsas dostlarımız olan tərəfdaşlarımıza dəstəklə bağlı müzakirələr aparacağıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu