Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?- ŞƏRH


Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?-


ABŞ prezidentinin İrana qarşı yürütdüyü sərt siyasət öz bəhrəsini yavaş-yavaş verməyə başlayır. Bu gün Yaponyanın ən nüfuzlu banklarından biri Mitsubishi UFJ Maliyyə Qrupu və Mizuho Maliyyə Qrupu ABŞ-a dəstək olaraq İranla maliyyə əməliyyatlarını dayandırmağa qərar verdi. Yəni İranın dünya bazarında maliyyə məsələlərinə yenə zərbə vuruldu, İran ətrafında qara buludlar sıxlaşmağa və iqtisadiyyatı zəifləməyə doğru qedir. Qeyri-rəsmi olaraq 1 dollar İranda artıq bizim pulla 10 manata bərabərdir. İran əslində illərdi sanksiyalara məruz qalmasına baxmayaraq, cox güclü iqtisadiyyata malik olmuş və hec bir zaman iqtisadi baxımdan sınmamış bir dövlətdir.

Əlbəttə, ABŞ İranın cökməsi ücün və islam rejiminin dağılması ücün əlindən gələni əsirgəməyəcək, ancaq İran illərdi məruz qaldığı sanksiyalarda batmayıbsa, Trampın siyasəti nəticəsində də batan deyil.
İran keçmişdə də bu cür ağır sanksiyalar tətbiq olunmuş ölkədir. Yəni, İranın sanksiyalara qarşı immuniteti var. Trampvari sanksiyalar İranı dizə gətirə bilməz. Düzdür, ölkə texnoloji və rifah baxımından geri qalır, sürətlə dəyişən dünyadan təcrid olur. Amma xalqın yaşayış vəziyyəti onlarla ölkədən qat-qat yaxşıdır deyə bilərik. Çünki İran yuxarıda da qeyd etdiyimiz kimi, sanksiyalara qarşı immunitet qazanıb. Yəni, daxildə özünəməxsus dönən iqtisadi çarx qura bilib. Xalqın güzəranını kafi səviyyədə saxlaya bilir. Bu da ABŞ-ın hədəflədiyi xalqın ayaqlanmasının qarşısını alır.
Qeyd edək ki, Yaponiyanın yuxarıda adları qeyd olunan iki ən böyük bankı İranla əməkdaşlığı dayandırmalarının səbəbini ABŞ-ın İrana tətbiqinə başladığı yeni sanksiyalarla əlaqələndiriblər. Mitsubishi UFJ Maliyyə Qrupu öz müştərilərinə bildirib ki, ABŞ-ın İran neftinə qarşı sanksiyaları noyabrın 4-dən başlanacaq və həmin müddətdə hazırkı vəziyyət və şəraitdə hər hansı bir dəyişiklik baş verərsə, öz müştərilərinə bu barədə məlumat verəcək.
Onu da bildirək ki, Yaponiya İranın xam neftinin əsas alıcılarından biridir. Tokionun İrandan idxal etdiyi neftlə bağlı bank və maliyyə əməliyyatlarının böyük bir qismini Mitsubishi UFJ Maliyyə Qrupu həyata keçirir.

Ramiyə Məmmədova, siyasi şərhçi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu