BMT sülhməramlılarına qarşı zorlanma ittihamı-


BMT sülhməramlılarına qarşı zorlanma ittihamı-


BMT sülhməramlıları fəaliyyət göstərdikləri ərazilərdə sakinlərin təhlükəsziliyini qorumaq əvəzinə, mövcud şəraitdən istifadə edərək onlara intim təkliflər verib, hətta məcburi formada zorlayıblar.

AzVision.az bildirir ki, bu cür dəhşətli beynəlxalq skandal barədə Böyük Britaniyanın “Channel 4” telekanalı məlumat verib.

Telekanalda təcavüzkar sülhməramlılarla bağlı göstərilən xüsusi filmdə qeyd olunub ki, BMT-nin Afrikada fəaliyyət göstərən “mavi dəbilqəlilər”i uzun illər ərzində qadınlar və azyaşlı qız uşaqlarını təhqir ediblər. Əsgərlərin bu cinayəti barədə isə yalnız ötən il xəbər tutulub.

Britaniya telekanalının göstərdiyi filmdə cinayətin təfərrüatları onu törədənlər və qurbanlarının şəxsən öz dilindən açılır. BMT sülhməramlıları etiraf ediblər ki, insanların yoxsulluğu və köməksizliyindən istifadə edərək intim xidmət əvəzində onlara qəpiklər verirdilər. Hətta buna məcbur da ediblər.

Filmdə qeyd olunur ki, BMT-nin 1700 sülhməramlısı bu cür dəhşətli cinayətdə şübhəli bilinərək ittiham olunurlar. Lakin son 20 ildə onlardan yalnız 50-sinin işi məhkəməyədək gedib çıxa bilib. Digərləri üzrə hələ də araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu