Səudiyyə ilə Kanada arasında diplomatik gərginlik- səfir geri çağrıldı


Səudiyyə ilə Kanada arasında diplomatik gərginlik-


Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Kanadadakı səfirini geri çağırıb.



Bu barədə ərəb dövlətinin yerli informasiya vasitələrinə istinadən "Reuters" məlumat yayıb.

Bundan əlavə, Kanadanın Ər-Riyaddakı səfiri "arzuolunmaz şəxs" elan edilib və ona ölkəni tərk etmək üçün 24 saat zaman tanınıb.

Münaqişəyə səbəb Kanada XİN başçısının Səudiyyə Ərəbistanında 4 il əvvəl blogerin həbsini qınaması olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu