Vaşinqtonda hərbi parad təxirə salındı


Vaşinqtonda hərbi parad təxirə salındı


Birinci dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə noyabrda ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılan hərbi parad təxirə salınıb.

AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp hərbi paradın məhz 10 noyabrda keçirilməsini istəyib. Lakin bilinməyən səbəblərdən hərbi parad təxirə salınaraq, keçirilməsi 2019-cu ilə saxlanılıb.
“Reuters”in Pentaqondakı mənbəsi ehtimal edir ki, hərbi paradın təşkili üçün böyük maliyyə vəsaiti tələb olunduğuna görə təxirə salınıb.

Bundan əvvəl isə Qərb KİV-ləri yazmışdı ki, Trampın hərbi paradı Vaşinqton üçün nəzərdə tutulan 12 milyona yox, 92 milyon dollara başa gələcək. Paradda tanklar, helikopterlər, qırıcılar və hətta tarixi təyyarələr də iştirak etməlidir. Lakin Vaşinqtonda Trampın bu ideyasını təqdir etməyiblər və bildiriblər ki, “paradın xərcini Tramp özü çəkəcək.”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu