Türkiyədən ABŞ səfirliyinin atəşə tutulmasına reaksiya


Türkiyədən ABŞ səfirliyinin atəşə tutulmasına reaksiya


ABŞ-ın Ankaradakı səfirliyinin binasına səhər saatlarında təşkil edilən hücumla bağlı Ədalət və İnkişaf Partiyasından (AKP) açıqlama gəlib.

Partiyanın mətbuat katibi Ömər Çelik silahlı hücumu təxribat adlandırıb.

“Bundan kiminsə şübhəsi olmasın: Türkiyədə işləyən xarici missionerlər, səfirlər dövlətimizin zəmanəti altındadır. Diplomatik fəaliyyətlərini davam etdirənlər millətimizin qonaqlarıdırlar. Hər növ təhlükəsizlik tədbirlərinin təmin edilməsi mövzusunda həssaslıq göstərəcəyik. Türkiyə təhlükəsiz ölkədir”, - deyə mətbuat katibi bildirib.

Məsələyə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da münasibət bildirib və olayı qınadıqlarını söyləyib.

O qeyd edib ki, bu, açıq şəkildə ölkədə xaos yaratmağa cəhddir.

“Türkiyə təhlükəsiz bir ölkədir və bütün diplomatik korpuslar qanunların nəzarəti altındadır. Hadisə araşdırılmaqdadır və ən qısa zamanda aydınlaşdırılacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün səhər saatlarında naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinin təhlükəsizlik işçilərinə silahlı hücum ediblər. Güllələrdən biri binanın dam örtyünə dəyib. Atəş açanlar daha sonra hadisə yerindən qaçıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu