Azərbaycanlı nazirin pulları həbsdə qaldı


Azərbaycanlı nazirin pulları həbsdə qaldı


Kiyevin Şevçenko rayon məhkəməsi Ukrayna Dövlət Fiksal Xidmətinin sabiq rəhbəri Roman Nəsirovun bankdan müsadirə edilmiş 50 min dollar nağd puluna qoyulmuş həbsin ləğvi ilə bağlı vəsatətini təmin etməyib.

Bununla bağlı Xüsusi Antikorrupsiya Prokurorluğunun mətbuat xidmətinə istinadla “Korrespondent” nəşri məlumat yayıb.

Məlumatlara görə, dünən Nəsirovun işi üzrə növbəti iclas keçirilib. İclas zamanı Nəsirovun vəkilləri üzərinə həbs qoyulmuş məbləğlə bağlı vəsatət qaldırıb.

“Məhkəmə vəsatəti rədd edib”, - prokurorluqdan bildirilib.

Xatırladaq ki, avqustun ortalarında məhkəmə Nəsirovun daha iki ay müddətində elektron qolbağ taxması barədə qərar verib.

Azərbaycanlı nazirin pulları həbsdə qaldı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu