Nepaldakı zəlzələdə ölənlərin sayı 7 mini ötdü


Nepalda aprelin 25-də baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 7 mini ötüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Nepal FHN-nin açıqlamasında deyilir.

Bundan əvvəl 6621 nəfərin öldüyü, 14023 nəfərin xəsarət aldığı bildirilmişdi.

“Ölənlərin sayı 7040, xəsarət alanların sayı 14397 nəfərə çatıb”, deyə açıqlamada bildirilir.

Qeyd edək ki, aprelin 25-də baş verən zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.

Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Nepal hakimiyyəti xarici ölkələrə humanitar yardımla bağlı müraciət edib.

Qeyd edək ki, bundan əvvəl Nepalda ən güclü zəlzələ 1934-cü ildə baş verib. 8,2 bal gücündə zəlzələ o zaman 10 000 nəfərin həyatına son qoyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu