Ermənistanda sahibkarlar hökumətə etiraz edir


Ermənistanda sahibkarlar hökumətə etiraz edir


Ermənistanın Armavir vilayətinin üzüm istehsalçıları təkrar etiraz aksiyasına çıxıblar.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, onlar üzümün emal müəssisələrinə qəbul qiymətlərini 140 dramdan 160 dramadək artırılmasını tələb edirlər. Etiraz aksiyasının iştirakçılarını Armavir vilayətinin rəhbəri Qaqik Miricanyan qəbul edib. Vilayət rəhbəri növbəti illər üzrə layihələndirmələrdə ən aşağı qiyməti nəzərə alacaqlarını barədə təklif səsləndirib.

Qiymətlərin aşağı olmasından şikayət edənlərdən biri erməni hökümətinə 3 variant təklif edib. O, qeyd edib ki, özəlləşdirilən müəssisələr geri dövlət balansına qaytarılmalı və yeni rəqabət yarada biləcək üzüm emalı müəssisələri yaradılmalıdır. Və ya Gürcüstandakı kimi dövlət üzüm istehsalı sahəsinə subsidiyalar ayrılmalıdır. Bununla da sahibkar verdiyi 140 dramdan əlavə dövlət 20 dramı ödəyəcək.

Üzüm istehsalçıları həmçinin 200 min ton üzüm istehsalı barədə rəsmi rəqəmlərin yalan olduğunu da vurğulayıb. İstehsalçılar bu rəqəmin 80-100 min tondan ibarət olduğunu qeyd ediblər. Faktiki olaraq öz kəndlərini nümunə çəkməklə üzümçülüyə düşən xəstəlik ucbatından meyvənin 70%-nin məhv olduğunu bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu