Nobel Sülh Mükafatının qalibləri müəyyənləşdi


Nobel Sülh Mükafatının qalibləri müəyyənləşdi


2018-ci il Nobel Sülh Mükafatının sahibləri müəyyənləşib.



Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, konqolu həkim Denis Mukveqe və İraqdan olan insan hüquqları üzrə ictimai fəal Nadia Murad bu mükafata sahib çıxıblar.

Mukveqe Konqoda cinsi zorakılığa məruz qalan minlərlə şəxsə etdiyi köməyə görə, Nadia Murad isə özünə və digər şəxslərə qarşı törədilən zorakılıq faktlarını dilə gətirdiyinə, yüksək cəsarətinə görə Nobel Sülh Mükafatına layiq görülüb.

Qeyd edək ki, Nadia Murad 2014-cü ildə İŞİD tərəfindən qaçırılıb və 2017-ci ildə terrorçu qrupun əlindən xilas ola bilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu