Montserat Kabalye vəfat etdi


Montserat Kabalye vəfat etdi


Dünya şöhrətli ispaniyalı opera müğənnisi 85 yaşlı Montserat Kabalye Barselonada vəfat edib.



“Report” “France Press”ə istinadən xəbər verir ki, bunu yerli xəstəxanadan bildiriblər. Ötən ayın axırında M.Kabalye sidik kisəsindəki nasazlığa görə xəstəxanaya yerləşdirilmişdi.

Belle Cantoda, habelə klassik italyan operalarında mahir ifaçılığı ilə məşhur olan Montserrat Kabalye 1965-ci ildə Donisettinin “Borcia” operasındakı Lukresiya rolunda xəstələnən amerikalı müğənni Marilin Hornu əvəz edərkən geniş şöhrət qazanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu