Pentaqonun “Müttəfiq böcəklər”i- virus yaya bilən böcək ordusu qurulur

Xəbərin çap versiyası
Tarix: 11-10-2018, 12:58    |    Xəbər oxunub: 568 dəfə
Pentaqonun “Müttəfiq böcəklər”i- virus yaya bilən böcək ordusu qurulur


ABŞ-ın ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə Pentaqon hazırladığı proyektlə böcəklər vasitəsilə viruslar yaymağı planlaşdırır. Elm adamları layihənin biloji silaha çevriləcəyindən narahtlıq keçirirlər.

AFN livescience.com-a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin İrəli Araşdırmalar Agentliyi DARPA tərəfindən hazırlanan və müxtəlif mübahisələrə səbəb olan layihəyə “Müttəfiq böcəklər” adı verilib. CRİSPR kimi genetika dəyişdirmə texnologiyası ilə böcəklərin genomları dəyişdirilərək qarğıdalı və taxıl tarlalarında məhsulun müqavimətini artırmaq planlaşdırılır. Məsələn, qəflətən baş verən sel daşqınlarına məruz qalan tarlalara buraxılacaq bu böcəklər məhsulun böyüməsini yavaşladaraq seldən zərər görməni əngəlləyə biləcək.
DARPA rəsmi açıqlamada hər sezon hədəfə uyğun müalicələrin aparılacağı, beləliklə də ABŞ-ın qida istehsalının xəstəlik, sel, don vurma və hətta xarici təhdidlərə qarşı qorunmağa alınacağı, ərzaq təhlükəsizliyinin milli təhlükəsizlik ünsürü olaraq görülməsi qeyd edilmişdir. Elm Dünyasından bəzi önəmli adamlar layihəyə təmkinli münasibətdə dayanır. DARPA-nın açıqlaması qənaətbəxş hesab edilmir. Elm adamları böcək əvəzinə niyə dərman səpmə sistemlərinin istifadə edilməməsini anlamırlar. Frayburq Universitetindən Silja Voeneki “xəstəlik yaymaq üçün böcəklərin istifadəsi klassik biloji silahdır” deyir.
Müttəfiq Böcəklərin proqram rəhbəri Blek Bikstin isə narahatlığı əbəs hesab edir. “Nə vaxt yeni və irəliyə yol açan bir texnologiya ixtira etsəniz bunun müdafiə və ya hücum qabiliyyəti də tapılır. Ancaq bu layihədə biz bunu etməyəcəyik” deyən Bikstin bitkiləri müalicə və qorumaq üçün çalışdıqlarını, ərzaq təhlükəsizliyini milli təhlükəsizliyin tərkib hissəsi olaraq gördüklərini ifadə edir. Layihə hələ başlanğıc mərhələsindədir, ancaq ölkənin fərqli universitetlərindən 4 araşdırmaçı ilə layihə üzərində çalışmaq üçün lazım olan maddi qaynaq ayrılmışdır. Layihənin ilk sınaqları uğurla nəticələnmişdir. Yarpaq bitki vasitəsi ilə qarğıdalı bitkisinə florosan təsiri olan virus bulaşdırılmışdır. Test nəticələrində qarğıdalı yarpaqları işıq yaymağa başlamışdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi:

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Bakıda universitetdə qəribə qadağa-

Bakıda universitetdə qəribə qadağa- FOTOFAKT

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

Sarov kəndində səyyar qəbul keçirilib

Sarov kəndində səyyar qəbul keçirilib

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Məktəbdə pambıq tarlası salınıb-

Məktəbdə pambıq tarlası salınıb- FOTOLAR

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Qaşıqçını buna görə öldürdülər:

Qaşıqçını buna görə öldürdülər: İsrailin ifşa etdiyi planın detalları

Hökumət yaşayış minimumunun məbləğini artırır

Hökumət yaşayış minimumunun məbləğini artırır

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib-

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib- FOTOLAR

Rövnəq Abdullayev:

Rövnəq Abdullayev: “Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib”

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur