Miqrantları daşıyan yük maşını körpüdən aşdı, 15 nəfər öldü- Türkiyədə


Miqrantları daşıyan yük maşını körpüdən aşdı, 15 nəfər öldü-


Türkiyənin İzmir vilayətində 15 nəfərin həlak olduğu qəza baş verib. “Anadolu” xəbər verir ki, ölənlər arasında uşaqlar da var.

Hadisə vilayətin Menderes rayonunda qeydə alınıb. Miqrantları daşıyan yük maşını maneəyə çırpılaraq, böyük hündürlükdən körpüdən aşıb və Değirmençaya düşüb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, faciənin baş vermə səbəbləri aydınlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu