Ərdoğan Qaşıqçıya görə təhdid edildi- ŞOK İDDİALAR


Ərdoğan Qaşıqçıya görə təhdid edildi-


Bu günlərdə Türkiyəyə gələn CİA prezidenti Gina Haspel yanında Kana İstanbul lahiyəsi ilə əlaqədar yüksək vəzifəli şəxxlərin sui-istifadə və rüşvət faktlarına dair kəşfiyyat məlumatlarını da gətirib və Camal Qaşıqçı məsələsində Ərdoğanda olan gizli məlumatların açıqlanmaması üçün təhdid edib.



Tanınmış sabiq ingilis diplomat Kreq Murrey craiqmurray.org.uk bloqunda qələmə aldığı yazıda bildirir ki, prezident Tayyib Ərdoğanın Qaşıqçı ilə bağlı dedikləri bütün detalları ilə doğrudur. O, hadisənin video və səs yazısının olduğunu, ABŞ, İngiltərə, Rusiya, Almaniya və Türkiyənin əlaqədə olduğu digər ölkələrin xüsusi xidmət orqanları ilə paylaşıldığını söyləyib.
Video görüntüləri özünün də gördüyünü iddia edən Murrey bu dəlillərə görə Avropa ölkələrinin istəsələr belə Səudiyyə vəliəhdi Məhəmməd ibn Salmana dəstək açıqlaması dilə gətirə bilmədiklərini ifadə edib.

Qaşıqçının özü təmizə çıxarılmamalıdır!

Yazısında Qaşıqçının özünün də kirli bir keçmişi olduğunu bildirən keçmiş ingilis diplomat Camal Qaşıqçının uzun müddətdir ki, Səudiyyə təhlükəsizlik qüvvələri ilə əlaqədə olduğunu, bunun da onun illərdir işgənəcələr və qatillərlə eyni tərəfdə olmasını göstərdiyini söylədi.
Qaşıqçının “təmizə çıxarılmaması” gərəkdiyini müdafiə edən Murrey Səudiyyə rəhbərliyi ilə uzun müddət birlikdə əlaqələri olan bir şəxsin “demokrat kimliyindən” dərin şübhə duyulmasının doğru olmasını bildirib.
Murreu CİA rəhbəri Gina Haspelin də vaxtında işgəncələrə birbaşa rəhbərlik edən bir şəxs olduğunu ifadə edib, Haspelin onlarla işgəncə həyata keçirilməsinə təlimat verdiyininin sübut edildiyini söyləyib.

“Haspel Ərdoğanın məsələyə dair iddialarını və bildiklərini əngəlləmək üçün göndərildi”

ABŞ prezidenti Donald Tramp Ərdoğanın Qaşıqçı istintaqının dəlillərini açıqlayacağı nitqindən əvvəl Gina Haspeli göndərib. Ərdoğan açıqlamasında gözlənilən dəlilləri və faktları açıqlamadı.
Murreyə görə, Haspel Tramp tərəfindən Ərdoğanın Məhəmməd ibn Salmanı günahlandırmasının qarşısını almaq üçün göndərildi. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin İrana qarşı münasibəti və İsrail ilə çox yaxın əlaqələri olması hamı tərəfindən bilinir. Tramp da bu səbəbdən Məhəmməd ibn Salman ilə əlaqələrinə son dərəcə önəm verir.

“Haspel Kanal İstanbul layihəsinin kəşfiyyat məlumatlarından istifadə etdi”

Köhnə səfir Murreyə görə, Haspel özü ilə Kanal İstanbul layihəsi ilə məşğul olan yüksək çinli məmurların çox böyük ölçüdə sui-istifadə və rüşvətə bulaşmaları barədə məşfiyyat məlumatları gətirib. CİA rəhbəri “Ərdoğanı bu məlumatların ictimaiyyətə açıqlanmasının son dərəcə təhlükəli olacağını” söyləyərək təhdid edib.
Ərdoğanın açıqlamasında Qaşıqçı cinayətinin dəlil və faktlarını tam deməməsinin altında Haspelin müdaxiləsinin təsiri olub-olmaması şübhə doğurur. Murrey məsələ ilə bağlı bu bilgiləri etibarlı mənbədən aldığını, ancaq türklərin Haspelə nə cavab verdiyini bilmədiyini ifadə edib.
Murrey Məhəmməd ibn Salmanın şəxsi olaraq məsələyə daxil olmasının və Haspelin türkləri daha artıq dəlil açıqlamamağa məcbur etməsinin çox mümkün olduğunu bildirib.

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu