Ermənistan ABŞ-dan silah almaq təklifini dəyərləndirəcək


Ermənistan ABŞ-dan silah almaq təklifini dəyərləndirəcək


"Ermənistan hökuməti hansısa məsələdə məhdudiyyətlə üzləşmir".

Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün jurnalistlərlə söhbətində “İrəvan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun çağırışına qulaq asaraq Amerikadan silah ala bilərmi?” sualını cavablandırarkən deyib.

“Ermənistan hökuməti qarşısında heç bir məsələdə məhdudiyyət qoyulmayıb. Əgər ABŞ sərfəli təkliflər irəli sürsə, onda biz bu məsələni müzakirə edərik”, – Paşinyan vurğulayıb.

Qeyd edək ki, İrəvana səfəri zamanı Bolton ABŞ silahlarının Rusiyanınkından daha yaxşı olduğunu və Ermənistanın alternativ mənbələrdən silah tədarük etməklə Rusiyadan asılılığı azalda biləcəyini demişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu