Marqvelaşvili seçkilərdən narazı qalıb


Marqvelaşvili seçkilərdən narazı qalıb


“Dünənki seçkilərin müşahidəsi və müşahidəçi təşkilatların təhlili əsasında ikinci turda demokratik seçkilərin keyfiyyətinin kəskin aşağı düşməsi ilə bağlı narahatlığımı bildirmək istəyirəm”.

Bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili brifinqdə deyib.

O bildirib ki, bu cür standartlar üzrə belə seçkilər Gürcüstanda bir daha keçirilməməlidir.

G.Marqvelaşvili ikinci turda əhalinin yüksək fəallıq nümayiş etdirdiyini vurğulayaraq, vətəndaşlara, müşahidə missiyaları və KİV-ə minnətdarlığını bildirib.

Dövlət başçısı sonda Salome Zurabişvilini prezident seçilməsi münasibətilə təbrik edib.(“Report”)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu