Böyük Corc Buş vəfat etdi


Böyük Corc Buş vəfat etdi


ABŞ-ın 41-ci prezidenti Böyük Corc Buş vəfat edib.



Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bu barədə Buşun sözçüsü Cim MakQraz məlumat verib. 94 yaşlı Böyük Buş Hyustonda həyata gözlərini yumub. Sabiq prezidentin həyat yoldaşı Barbara Buş bu ilin 17 aprelində vəfat etmişdi.

Qeyd edək ki, Corc Herbert Volker Buş 1981-1989-cu illərdə vitse-prezident, 1989-1993-cü illərdə isə ABŞ prezidenti vəzifəsini icra edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu