Myanma sakinlərinin meyitləri yaşayış olmayan adalardan tapılıb


Tailandlı səlahiyyətlilər Pxanqnqa əyalətinin cənubundakı insan yaşamayan To-Kra və Ko-Nok adalarında insanların dəfn olunduğu məzarlıqlar aşkar ediblər.

Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, bu haqda Thai PBS nəşri məlumat yayıb. Cəsədlərin qul ticarəti ilə məşğul olanların qurbanlarına çevrilən Myanma qaçqınlarına məxsus olduğu güman edilir.
Adalardan birində qadın skeleti tapılıb. Yaxınlıqda tapılmış daha dörd qəbrin açılması isə güclü leysan üzündən sonraya saxlanılıb. İkinci adada üzərində işgəncə izləri aşkar edilən və iplə ağaca bağlanılmış meyit tapılıb.
Yerli hakimiyyət nümayəndələri hesab edirlər ki, adalarda qul ticarəti ilə məşğul olanların bazası yerləşibmiş və buraya onlar Myanmadan olan qaçqınları gətirirmişlər.
Sözügedən yerin mövcudluğu barədə məlumatı Tailand ərazisinə qeyri-qanuni yolla daxil olduğuna görə saxlanılan 13 yaşlı yeniyetmə verib. O, izahatında rohinca xalqının nümayəndələrindən ibarət bir qrup şəxslə birlikdə gəldiyini söyləyib. Qul ticarəti ilə məşğul olanlar onları möhkəm döyüblər və nəticədə on nəfər ölüb və onların cəsədləri To-Kra adasında basdırılıb.
“Ötən ilin sentyabr ayında biz 27 şübhəlini, oktyabrda isə daha 53 nəfəri həbs etmişik. Noyabr ayında isə 81 şübhəlini həbs etməyə nail ola bilmişik. Dindirilmə zamanı onlardan 23 nəfəri insan ticarəti ilə maşğul olduqlarını etiraf ediblər”, - Hadisəni şərh edən Pxanqnqa əyalətinin qubernatoru Prayun Rattanaseni belə söyləyib.
Adada aparılan axtarışlar zamanı məlum olub ki, insan ticarəti ilə məşğul olanlar Myanmadan olan qaçqınları Tailanda gətirmək üçün əsasən cənub əyalətlərində istifadə edirlər. İndi hakimiyyət dairələri bu biznesin qalıqlarını ləğv etmək üçün tədbirlər həyata keçirməyə hazırlaşırlar.

Rafiq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu