Boksçu prezidentin mühafizəçisini bir yumruqla öldürdü- VİDEO


Boksçu prezidentin mühafizəçisini bir yumruqla öldürdü-


Ukraynanın ağır çəkili boksçusu Pyotr Oçeretyanıy ölkə prezidenti Petro Poroşenkonun mühafizəçisi Vasili Xmelyuku öldürüb.



Qaynarinfo xəbər verir ki, hadisə onların arasında yaranan mübahisədən sonra baş verib.

Belə ki, Vasili avtomobillə yaşadığı kompleksin ərazisinə yaxınlaşarkən itlərini gəzdirən Pyotrla hansısa səbəbdən mübahisə edib. Bu zaman boksçu onun başına yumruqla vurub. Zərbənin təsirindən yerə yıxılan prezidentin mühafizəçisi hadisə yerində ölüb.

Həbs olunan Oçeretyanıyı 15 ilədək həbs cəzası gözləyir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu