FTB cinayətkarları bu texnologiya ilə tapır


FTB cinayətkarları bu texnologiya ilə tapır


Federal Təhqiqat Bürosu (FTB) cinayətkarları yaxalamaq üçün "Amazon” şirkətinin üz tanıma texnologiyasından ("Rekoqnişın”) istifadə edir.



Bunu FTB-nin Terrorla Mübarizə Şöbəsinin müdir müavini Kristin Halvorsen deyib. O, texnologiyanın terrorla mübarizə istintaqında effektiv nəticə verdiyini bildirib:

"Həftə boyu bütün sutkanı işləyən agentlərimiz və analitiklərimiz var, amma işçilərimizin həftələrlə gördüyü işi "Rekoqnişın” 24 saatda görə bilir”.

ABŞ Mülki Azadlıqlar Birliyi isə "Amazon”dan sözügedən texnologiyanın hüquq-mühafizə orqanlarına satışını dayandırmağı tələb edib. (Axar.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu