Qəzzafinin oğlu BMT-dən onun üçün həkim göndərilməsini istəyib


Qəzzafinin oğlu BMT-dən onun üçün həkim göndərilməsini istəyib


Liviyanın keçmiş rəhbəri Müəmmər Qəzzafinin Livan həbsxanasında saxlanılan oğlu Hannibal Qəzzafi saxlanma şərtlərindən danışıb. RİA “Novosti” agentliyinə müsahibə verən H.Qəzzafi sağlamlığından şikayət edib.

O, belində və sinəsində ağrıların olduğunu bildirib və BMT-dən onun üçün həkim briqadasının göndərilməsini istəyib.

Müəmmər Qəzzafinin oğlu onu ziyarət etməyə gələnlərin də həbsxanaya buraxılmadığını deyib.

Qeyd edək ki, Hannibal Qəzzafi 2015-ci ildə Livanda həbs olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu