NATO-nun baş katibi təhlükəsizlik məsələsində Avropaya inanmır


NATO-nun baş katibi təhlükəsizlik məsələsində Avropaya inanmır


Avropa İttifaqı (Aİ) NATO-ya rəqabət yaratmamalı və alyans olmadan özünün təkbaşına hərəkət edə biləcəyini nümayiş etdirməməlidir.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq “Funke” media qrupuna müsahibəsində “Vahid Avropa Ordusu” və Avropanın Ümumi Müdafiə Fondunun yaradılmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

“Mən müdafiə sahəsində Avropanın bütün səylərini təqdir edirəm. Lakin vacibdir ki, bu səylər NATO-ya əlavə kimi həyata keçirilsin və onunla rəqabət aparmasın. Mən Avropa İttifaqına inanıram, amma NATO-ya alternativ kimi yox. Avropanın təhlükəsizliyi transatlantik əlaqələrdən asılıdır. Aİ heç bir halda bildirməməlidir ki, bu məsələnin öhdəsindən təkbaşına gələ bilər” – Stoltenberq vurğulayıb.

NATO baş katibi onu da əlavə edib ki, Böyük Britaniya Aİ-dan çıxdıqdan sonra NATO-nun müdafiə xərclərinin 80%-i alyansın İttifaqdan kənar tərəfdaşlarının üzərinə düşəcək.

Azvision.az xatırladır ki, ötən il Fransa prezidenti Emmanuel Makron ABŞ-dan asılı olmayan müstəqil Ümumavropa ordusunun yaradılması və vahid müdafiə siyasətinin həyata keçirilməsini təklif edib. Bu təklifi Almaniya və bir neçə Avropa ölkəsi müdafiə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu