Türk biznesmen Keniyada həbs olundu

Xəbərin çap versiyası
Tarix: 10-02-2019, 14:04    |    Xəbər oxunub: 632 dəfə
Türk biznesmen Keniyada həbs olundu


Keniyada türkiyəli biznesmen Osman Erdinç Elsek həbs edilib.



Yanvar ayının sonlarında saxlanılan Elsek 12-17 yaşlı 3 qız uşağına qarşı cinsi istismarda ittiham edilir. Biznesmen həmçinin Türkiyədə fırıldaqçılıq, sənəd saxtakarçılığı, prezidentə təhqirə görə axtarışdadır. Keniya mətbuatında məşhurluğu, siyasətçilərlə əlaqələri ilə bilinən Osman Erdinçin Kilifi qəsəbəsində yerləşən evinə Keniya polisi və Interpol tərəfindən basqın təşkil edilib. Biznesmen ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Elsek məhkəmədə güclü şəxslər tərəfindən hədəf alındığını açıqlayıb. Onun vəkili Kliff Ombeta müvəkkilinin zaminlik qarşılığında azadlığa çıxmaq hüququnun olduğunu bildirib və belə bir haqq tanınmamasını qanun pozuntusu adlandırıb.

Zərərçəkmiş yeniyetmələr uşaqlar evinə göndərilib və onların ifadələri alınıb.

Qeyd edək ki, Osman Erdinç Elsek 1996-cı ildən bəri Afrika ölkələri ilə ticarətlə məşğuldur. Sahibi olduğu "Elsek Group" inşaat, dizayn, təhlükəsizlik, qida, turizm, yaxta kirayəsi ilə məşğuldur. (Qaynarinfo.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qabil Hüseynli:

Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”

Mixail Saakaşvili:

Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"

Hirkan Milli Parkında yanğın baş verib -

Hirkan Milli Parkında yanğın baş verib - ETSN

“Sosial evlər” layihəsindən güzəştli mənzillərə:

“Sosial evlər” layihəsindən güzəştli mənzillərə: MİDA proqramı iflasa uğratdı - MÜSAHİBƏ

"Hərbi pilotun nəşi və təyyarənin qalıqları dənizdən çıxarılıb" - RƏSMİ

Ermənistana gedən qaz xətti və stansiya sərhədçilərimizin nəzarətinə keçib -

Ermənistana gedən qaz xətti və stansiya sərhədçilərimizin nəzarətinə keçib - FOTO

Kəmalə İsmayılova: “Mənə kişilərdən çox, qadınlar sevgi təklifi edir” -

Kəmalə İsmayılova: “Mənə kişilərdən çox, qadınlar sevgi təklifi edir” - FOTOLAR

Sumqayıt səhiyyəsi niyə başsız qalıb?

Sumqayıt səhiyyəsi niyə başsız qalıb?

Fermer kooperativlərinin yaradılması ilə bağlı təlimlərə start verilib

Fermer kooperativlərinin yaradılması ilə bağlı təlimlərə start verilib

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

"Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı

Ucarda DOST vasitəsilə korrupsiya:

Ucarda DOST vasitəsilə korrupsiya: 540 nəfərin 500-ü ölkədə deyil!-ŞOK ŞİKAYƏT

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur