Belçikanın əks-kəşfiyyat rəhbəri Rusiyaya işlədiyinə görə qovulub


Belçikanın əks-kəşfiyyat rəhbəri Rusiyaya işlədiyinə görə qovulub


Belçikanın hərbi əks-kəşfiyyat xidmətinin rəhbəri Klement Vandenborre Rusiyaya casusluq etməkdə şübhəli bilinərək tutduğu vəzifədən müvəqqəti uzaqlaşdırılıb və hazırda ev dustaqlığında saxlanılır.

Azvision.az xəbər verir ki, bu barədə “De Morgen” qəzeti bir neçə etibarlı mənbəsinə istinadən yazıb.

Qeyd olunur ki, Vandenborrenin işdən kənarlaşdırılması barədə qərar məxfiliklə bağlı çoxsaylı insidentlərdən sonra qəbul edilib. Lakin Rusiyaya casusluq etdiyi dəqiqləşməsə də, hazırda onun konkret bir faktla – məxfi sənədlərin xüsusi yolla məhv edilməsi prosedurunu pozaraq, sadəcə, şrederdən (kağız doğrayan maşın) istifadə etməsinə görə itiham olunduğu bildirilir. Lakin hərbi əks-kəşfiyyat xidmətinin rəhbəri ittihanları rədd edir.

Qəzetin mənbələri istisna etmir ki, Vandenborrenin vəzifədən uzaqlaşdırılması Belçikanın İnformasiya və Təhlükəsizlik Baş Xidməti daxilində kəşfiyyat və əks-kəşfiyyat departamentləri arasında gedən hakimiyyət davasının, həmçinin, Vandenborrenin 40 ildir ki kəşfiyyatda işləməsindən məmnun olmayan gənc kadrların xidmətdə yüksəlmək ambisiyalarının nəticəsidir. Çünki onun Rusiya ilə bağlılığına dair hələlik konkret faktlar tapılmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu