Koçaryanın oğlu çirkli pulların yuyulmasında ittiham olundu


Koçaryanın oğlu çirkli pulların yuyulmasında ittiham olundu


Ermənistanın sabiq prezidenti Robert Koçaryanın böyük oğlu Sedraka qarşı çirkli pulların yuyulması və vergidən yayınma ittihamları irəli sürülüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Sedrak Koçaryan özü məlumat verib.

“Həbslə bağlı məlumat həqiqətə uyğun deyil. Milli Təhlükəsizlik Xidməti mənə qarşı çirkli pulların yuyulması və vergidən yayınma ittihamları irəli sürüb”, - Koçaryan bildirib.

Onun sözlərinə görə, bu ittihamlar səbəbindən onun ölkədən çıxışına qadağa qoyulub.

Ötən ilin dekabrında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan deyib ki, S.Koçaryan “Konqress” mehmanxanası işinə görə dindirilib.

Bundan əvvəl Vanetsyan bildirib ki, Koçaryan ailəsi bu mehmanxanaya görə altı milyon dollar rüşvət verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu