İstanbulda partlayış:


İstanbulda partlayış:


Türkiyənin İstanbul şəhərində partlayış olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, insident səhər saatlarında şəhərin Qaziosmanpaşa rayonundakı binanın qarşısında qeydə alınıb.

Belə ki, kağız toplamaqla məşğul olan ana və qızı yaşadıqları binanın qarşısına gələrək tapdıqları konserv qutusunu açarkən partlayış olub. Yaralanan qadın və qızı xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala əsasən, hadisə nəticəsində daha bir nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları və yanğınsöndürmə briqadaları gəlib.

Araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu