Dünya liderləri Ərdoğanı təhdid edən cinayətkara qarşı ayağa qalxdı


Dünya liderləri Ərdoğanı təhdid edən cinayətkara qarşı ayağa qalxdı


Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə edilən silahlı hücum dünya ölklərini ayağa qaldırıb.

Publika.az xəbər verir ki, Türkiyə, Almaniya, Rusiya, İngiltərə, Avropa İttifaqı, NATO olayı qınayan bəyanatlar yayıb.

Rusiya prezidenti Vladimir Putin məsələ ilə bağlı çıxışında “Dua üçün toplaşan dinc sakinlərə qarşı təşkil edilən hücum iyrənclik və qəddarlığı ilə şok edir” sözlərini deyib.

Almaniya kansleri Angela Merkel isə “irqçi nifrət səbəbilə öldürülənlər üçün yas saxlayıram” deyib.

İngiltərənin terrorla mübarizə şefi hər zaman Yeni zelandiyalı həmkarlarına dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Pakistanın baş naziri İmran Xan isə bildirib ki, terrorun dini yoxdur: “Bu hücum bizim hər zaman dediyimiz “terrorun dini yoxdur” fikrinin sübutudur. Mən bu hücumun məsuliyyətlisi olaraq 11 sentyabr hücumundan sonra ortaya çıxan islamafobiyanı günahlandırıram”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə hücum zamanı onun adını çəkən cinayətkarlara cavab verib: “Ölkəmizi, millətimizi və məni təhdid edirlər. Bu qatilin irqçi, islamafobik davranışı hazırda bütün Qərb cəmiyyətini sürətlə ələ keçirir”.

Qeyd edək ki, sözügedən hücum nəticəsində 50-yə yaxın şəxs ölüb, onlarla insan yaralanıb. Şübhəli şəxs olaraq 1-i qadın olmaqla, 4 nəfər saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu