Qazaxıstanda prezidentliyə namizədlərin qeydiyyatına başlanıb


Qazaxıstanda prezidentliyə namizədlərin qeydiyyatına başlanıb


Qazaxıstan Mərkəzi Seçki Komissiyası ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı kampaniya üçün təqvim planı təqdim edib.

Prezidentliyə namizədlərin qeydiyyatı bu gündən başlayır və aprelin 28-də başa çatacaq. Komissiyanın sədr müavini Konstantin Petrov növbədənkənar prezident seçkiləri üçün əsas tədbirlərin təqvim planının seçki qanunvericiliyinə uyğun olaraq hazırlandığını bildirib. Namizədlərin seçkiqabağı təşviqat kompaniyası qeydiyyat mərhələsinin bitdiyi gündən dərhal sonra başlanacaq və səsvermə gününədək davam edəcək.

Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu