İmamoğlu İstanbulun bələdiyyə sədri kimi vəzifəsinin icrasına başladı-


İmamoğlu İstanbulun bələdiyyə sədri kimi vəzifəsinin icrasına başladı-


Əkrəm İmamoğlu mandatını aldıqdan sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin binasında fəaliyyətdə olan sədr Mövlud Uysaldan vəzifəni təhvil alaraq vəzifəsinin icrasına başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

***18.31

Əkrəm İmamoğluna İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəsiqəsi təqdim edilib.

Bu barədə NTV telekanalı məlumat yayıb.

***17.00

İstanbulun bələdiyyə sədri seçilmiş Əkrəm İmamoğluna mandat təqdim ediləcək.

"Sözcu" xəbər verir ki, bu barədə Cümhuriyyət və Xalq Partiyası (CHP) İstanbul Bölgə sədri Canan Kaftancıoğlu məlumat verib.

Onun sözlərinə görə, İmamoğlu Çağlayan Ədliyyəsindəki Bölgə Seçki Komissiyasına dəvət edilib və Türkiyə vaxtı ilə saat 16.00-da mandat təqdim ediləcək.

Qeyd edək ki, CHP namizədi Əkrəm İmamoğlu 31 martda keçirilən parlament seçkilərində İstanbulun bələdiyyə sədri seçilib. O, əsas rəqibi Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımı geridə qoyub.

AKP-nin etirazı və səslərin yenidən sayılması səbəbilə İmamoğluna bu günə qədər mandat təqdim edilmirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu