Qatar qəzasında xəsarət alanların sayı 130 nəfərə yüksəldi


Pensilvaniyada sərnişin qatarının qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 130 nəfərə çatıb.

AFN.az "Arqumentı i Faktı" nəşrinə istinadən xəbər verir ki, bu haqda RİA Novosti agentliyi məlumat yayıb. Sərnişin qatarı Vaşinqton – Nyu-York marşrutu üzrə hərəkət edirmiş. Qatar Filadelfiya rayonunda yerli vaxtla saat 22:00 radələrində relsdən çıxıb.
Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan altı nəfərinin kritik vəziyyətdə olduğu bildirilir.
Hadisənin səbəbləri hələ məlum deyil.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu