Tramp İranın vurulması ƏMRİNI VERDİ...


Tramp İranın vurulması


İran ətrafında vəziyyətin getdikcə gərginləşdiyi bir zamanda ABŞ Prezidenti Donald Trampın bu ölkənin vurulması barədə əmr verdiyi xəbəri yayılıb.



Xarici mətbuatın yazdığına görə, Tramp əmri İranın SEPAH qüvvələrinin Amerikaya məxsus pilotsuz aparatı vurmasından dərhal sonra verib. Lakin qısa məsləhətləşmələrdən sonra əmri geri götürüb.

Məlumatın ilk mənbəyi "The New York Times" qəzetidir.

Göstərişə əsasən, İranın ilk növbədə radiolokasiya stansiyası və raket batareyaları vurulmalı idi.

Xatırladaq ki, İran ABŞ-a məxsus kəşfiyyat aparatını 19 iyunda vurub. (Cebhe.info)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu