Kremldən Gürcüstan prezidenti barədə aşağılayıcı bəyanat


Kremldən Gürcüstan prezidenti barədə aşağılayıcı bəyanat


“Əgər rusiyalı turistlər özlərini Gürcüstanda təhlükəsiz hiss etmirlərsə, onları isti qarşılamırlarsa, onda onlar heç kəsə heç nə borclu deyillər”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatını “Facebook”dakı səhifəsində şərh edərkən bildirib.

S.Zurabişvili dünən verdiyi bəyanatda rusiyalı turistlərin Gürcüstana gələ bilməli olduğunu söyləyib: “Ona görə ki, onlar Gürcüstanı çox sevirlər, siyasətçilər və rəhbərlər isə problemin həllini tapmalıdırlar”.

M.Zaxarova Gürcüstan prezidentinin bu bəyanatının kalkulyatordan istifadə etməklə hazırlandığını söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu