Baş Qərargah rəisi güllələndi - YENİLƏNİB


Baş Qərargah rəisi güllələndi -


Efiopiyada Baş Qərargah rəisi Seare Mekonnen güllələnib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, baş nazir Abiy Əhməd Əli bildirib ki, hadisə ölkənin şimalındakı Amxara regionunda baş verib.

Regionun mərkəzi Baxr-Dar şəhərində iğtişaş zamanı Baş Qərargah rəisi və bir neçə vəzifəli şəxs öldürülüb. Baş nazir televiziyada çıxışında dövlət çevrilişinə cəhd olduğunu söyləyib.

***

“BBC”-nin yaydığı xəbərdə deyilir ki, Efopiya Ordusunun rəhbəri, general Seare Mekonnen öz cangüdəni tərəfindən odlu silahla öldürülüb. Hadisə paytaxt Əddis-Əbədə baş verib.

Cangüdən daha bir generalı da öldürməyə müvəffəq olub. Generalların Efiopiyanın Amarah bölgəsində hərbi çevriliş cəhdinə müqavimət göstərdiyi bildirilir.

Efiopiyanın baş naziri Abiy Ahmed bununla bağlı xalqa müraciət edib. Hərbi paltarda xalqın qarşısına çıxan baş nazir bildirib ki, generallarla yanaşı Amharanın qubernatoru Ambacheu Mekonnen köməkçisi ilə birlikdə qətlə yetirilib.

Amaharada müxtəlif etnik qruplar arasında silahlı qarşıdurma son illərdə vüsət alıb. Ötən il xalq tərəfindən ölkə rəhbəri seçilən baş nazir Abiy Ahmed ciddi islahatlara baş vurub.

Bütün siyasi məhbuslar azad edilib, siyasi partiyaların fəaliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. İnsan hüquqları ilə bağlı problemlərin həlli istiqamətində ciddi işlər görülüb.

“BBC” bildirir ki, ABŞ hərbi komandanlığının Efiopiyada yerləşən hərbi bazasına göndərdiyi əmrdə bildirilir ki, hərbçilər bazanı heç bir halda tərk etməməlidir. Bu, hərbçilər üçün təhlükəli ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu