İstanbul seçkiləri: İmamoğlu böyük fərqlə qalib gəlir - YENİLƏNİB


İstanbul seçkiləri:


İstanbulda seçki bülletenlərinin sayılması davam edir.



Bu saata qədər səslərin 99,37 faizi sayılıb.

Müxalifətin namizədi Əkrəm İmamoğlu 55,03, hakimiyyətin namizədi Binəli Yıldırım 45,09 səs toplayıb. Aradakı səs fərqi 777 min 581 nəfərdi.

İstanbul seçkiləri:


***

Türkiyənin İstanbul şəhərində keçirilən təkrar bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.

Səslərin təxminən 96 faizinin hesablanmasından sonra Əkrəm İmamoğlu 53,72 faiz, Binəli Yıldırım isə 45,37 faiz səs toplayıb.

İlkin nəticələri şərh edən B.Yıldırım rəqibinin ondan öndə olduğunu və Ə.İmamoğlunun İstanbulda yaxşı işlər görəcəyinə ümid etdiyini bildirib.


Bu gün İstabulda təkrar bələdiyyə seçkiləri keçirilir.

Xatırladaq ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb. Hakim partiyanın İstanbulda səsvemənin nəticəsinə etirazından sonra YSK seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu