ABŞ silahlı qüvvələrində xidmət edən azərbaycanlı serjant

Xəbərin çap versiyası
Tarix: 28-06-2019, 13:02    |    Xəbər oxunub: 535 dəfə
ABŞ silahlı qüvvələrində xidmət edən azərbaycanlı serjant


Azərbaycandan fərqli olaraq ABŞ silahlı qüvvələrində əsgəri xidmət könüllüdür. Burada yalnız vətəndaşlar, eləcə də bu ölkədə yaşamaq hüququ olan kişi və qadınlar xidmət edə bilərlər. Hərbi xidmətin müddəti müqavilə əsasında iki ildən altı ilədək təyin olunur. Ümumiyyətlə, ABŞ-da ordu beş hissədən ibarətdir: US Army- klassik ordu, US Air Force- hərbi hava qüvvələri, US Navy- hərbi dəniz qoşunları, US Marine Corps- dəniz piyadaları və US Coast Guard- sahil mühafizə xidməti. Hərbi xidmət üçün yaş həddi isə müxtəlifdir. Məsələn, klassik orduya 18 yaşdan 42-yə qədər, sahil mühafizə xidmətinə 27 yaşa qədər, dəniz piyadaları qoşunlarına 32 yaşa qədər, hərbi dəniz qüvvələrinə isə 35 yaşa qədər könüllülər müraciət edə bilər. Yalnız hüquqşünas və həkimlər üçün heç bir yaş məhdudiyyəti nəzərdə tutulmayıb...



Bu gün sizə ABŞ silahlı qüvvələrində xidmət edən bir gənc soydaşımızdan söhbət açmaq istəyirəm. Adı Pərviz, soyadı Qocayevdir. 1996-cı ildə Bakıda anadan olub. 2009-cu ildə yeddinci sinifi 7 nömrəli orta məktəbdə bitirdikdən sonra ABŞ-ın İndiana ştatının İndianapolis şəhərinə gəlib. 2015-ci ildə tam orta təhsilini bu şəhərdə aldıqdan sonra bir müddət telefonların satışı dükanında çalışıb. 2016-cı ildə isə könüllü olaraq ABŞ silahlı qüvvələrində xidmətə başlayıb. Bir neçə ay hərbi təlim keçdikdən sonra Kaliforniyadakı hərbi tibbi bazaya göndərilib. İki il yarımdır ki, tibbi ləvazımatların, eləcə də dərman peraparatlarının qeydiyyatdan keçməsi və nəzarəti ilə məşğul olan hərbi bazada xidmət edir. ABŞ ordusunun serjantıdır. Yeri gəlmişkən, amerikalılar arsında serjant ordunun onurğa sütunu sayılır...

Deyir ki,- “Müqaviləm bitdikdən sonra ordudan uzaqlaşıb, təhsilimi davam etdirmək, avtomobil dizayneri ixtisasına yiyələnmək istəyirəm. Bu mənim ən böyük arzumdur”...

Ana dili ilə yanaşı ingilis, rus, türk dillərində sərbəst danışır. İdmanın ağır atletika növü ilə məşğul olmağı xoşlayır. Kompyuter elmləri haqqında kitabları oxumaqdan yorulmur. Kompyuterin 3D proqramında avtomobillər hazırlamaq isə əsas hobbisidir…

Pərviz hələ gəncdir, cəmi iyirmi üç yaşı vardır. Bu gənc soydaşımızdan ciddi nizam-intizam tələb olunan və döyüş hazırlığı təlimləri ilə insanı fiziki yükləyən bir orduda necə qərar tutduğunu soruşanda, əsl hərbiçilərə xas olan qürurla əsgər salamı verərək söylədi:- “Ser, mən azərbaycanlıyam. Qoy amerikalılar mənim timsalımda şahid olsunlar ki, hər bir azərbaycanlı bir döyüşçü kimi ən ağır sınaqlardan çıxmağa qadirdir”...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


ABŞ silahlı qüvvələrində xidmət edən azərbaycanlı serjant
ABŞ silahlı qüvvələrində xidmət edən azərbaycanlı serjant





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“Keşikçidağ” Azərbaycanındır -

“Keşikçidağ” Azərbaycanındır - Nazirlikdən açıqlama

AQTA-nın daha bir tender

AQTA-nın daha bir tender "möcüzəsi - Təhməzlinin şirkəti 643 min manatlıq tender udub

Azərbaycanda yeni internet televiziya yaradılıb

Azərbaycanda yeni internet televiziya yaradılıb

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

Türkiyə-Fethiyədə

Türkiyə-Fethiyədə "Qarabağ" həqiqətləri anılıb

Doha İslam Gənclik Forumu keçirilib -

Doha İslam Gənclik Forumu keçirilib - FOTOLAR

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur