Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub


Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub


Qazaxıstanın cənub-şərqindəki Almatı vilayətində yerli vaxtla saat 09:12-də 4.9 bal gücündə zəlzələ baş verib.



Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, həmin regionda-Almatıdan 145 kilometr şimal-şərqdə bundan əvvəl saat 05:07-də də 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Jarkent şəhərində MSK-64 şkalası üzrə 5 bal, Taldıkorqan və Satı qəsəbəsində isə 2-3 bal gücündə hiss olunub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu