Adnan Oktar məhkəmədə elə söz dedi ki...


Adnan Oktar məhkəmədə elə söz dedi ki...


Türkiyədə Adnan Oktar da daxil olmaqla eyni cinayətdən mühakimə olunan 226 nəfərin məhkəmə işi başlayıb.

AFN-in Türkiyə mətbuatına istinadən məlumatına görə, bu gün hakim qarşısına çıxan müttəhimlərin içində A.Oktar və onun bir neçə "kediciyi" də olub. Dindirilən qadınlar iddianamədə qeyd olunan maddələrlə razılaşmadıqlarını, A.Oktarın hər zaman FETO-ya qarşı kəskin mübarizə apardığını dilə gətiriblər.

Həmçinin ifadə verən Bora Yıldız da özünü təqsirkar bilmədiyini, təşkilatın heç bir qeyri-qanuni fəaliyyətinin olmadığını söyləyib: " İddainamədə bəhs olunan pulların hamısı leqaldır, eləcə də heç bir qaçaqmalçılıqdan söhbət gdə bilməz. Mən Allahdan qorxuram, axirətimi xilas etmək üçün dünyadayam".

Məhkəmə salonunda da "kedicik"lərin A.Oktara qarşı rəğbəti də diqqətdən yayınmayıb. Hətta 10 dəqiqəlik fasilə zamanı Oktar "kedicik"lərə gülümsəyərək, onlara "çox gözəlsiniz" deyə iltifat edib. Buna qarşılıq olaraq, müttəhim qadınlar əl çalaraq, rəhbərlərini alqışlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu