Dünyanın ən nəhəng məscidlərindən birinin tikintisi başa çatır


Hazırda məscidin günbəzlərinin örtülməsi işləri başa çatmaq üzrədir.

AFN.az "Arqumentı i Faktı" nəşrinə istinadən xəbər verir ki, Çeçenistanda inşa edilən dünyanın ən nəhəng məscidlərindən birində tamamlanma işləri başa çatmaq üzrədir. Şali şəhərində tikilən məscid eyni zamanda 20 min nəfər insanın ziyarəti üçün nəzərdə tutulub.
Binanın divarlarının hündürlüyü 36, minarələrinin hündürlüyü isə 63 metr təşkil edir. Çeçenistan lideri Ramzan Kadırov TASS agentliyinə bilidirb ki, hazırda günbəzlərin üstünün bağlanması işləri aparılır. Bundan əvvəl xəbər verilmişdi ki, məscidin layihəsi Özbəkistan arxitektorları tərəfindən hazırlanıb. Məscid tikintisi ilə bağlı qərar isə yerli sakinlərin xahişi əsasında qəbul edilib.
Xatırladaq ki, 2008-ci ildə Qroznıda “Çeçenistanın ürəyi” adlandırılan və respublikanın keçmiş prezidenti Əhməd Kadırıvun adını daşıyan əsas məscid binası inşa edilib. Hazırda o, Avropanın ən iri məscidlərindən biri hesab olunur və eyni zamanda 10 min nəfər insanın namaz qılmasına imkan verir.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu