Putinlə Makron Süleymaninin qətlini müzakirə etdilər


Putinlə Makron Süleymaninin qətlini müzakirə etdilər


Rusiya prezidenti Vladimir Putinlə Fransa lideri Emmanuel Makron arasında telefon danışığı olub.



Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, dövlət başçıları Qasım Suleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsini müzakirə ediblər.

"Hər iki tərəf ABŞ-ın Bağdad aeroportuna raket zərbəsi nəticəsində Qasım Süleymaninin həlak olması ilə əlaqədar narahatlığını söyləyib", -bəyanatda qeyd edilir.

Qeyd edilir ki, dövlət başçıları bunun regionda vəziyyəti ciddi şəkildə kəskinləşdirə biləcəyini təsdiqləyiblər.

Kremlin mətbuat xidməti əlavə edib ki, Putin və Makron həmçinin Suriyada və Liviyada yaranmış vəziyyəti müzakirə ediblər. (Virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu