Yəməndə Müdafiə nazirinə sui-qəsd: Ölən və yaralananlar var


Yəməndə Müdafiə nazirinə sui-qəsd: Ölən və yaralananlar var


Yəməndə ölkənin beynəlxalq müstəvidə tanınan hökumətinin Müdafiə naziri Məhəmməd Əli əl-Makdaşiyə sui-qəsd təşkil olunub.

Mk.ru-nun məlumatına görə, nazirin avtomobil korteji minaya düşüb.

Məhəmməd Əli əl-Makdaşini müşayiət edən şəxslər arasında ölən və yaralananların olduğu qeyd edilir.

Nazir isə hadisə zamanı xəsarət almayıb. Sui-qəsd zamanı o, şərq cəbhəsi istiqamətində hərəkət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu