Hamilə qadın arabada doğdu


Tibb bacılarının görmədiyi uşaq havada asılı qaldı

Hamilə qadın arabada doğdu. Qalmaqalın mərkəzi bu dəfə Çin olub.

Erkən doğuş sancıları başlayan qadını ərini təcili olaraq xəstəxanaya çatdırıb. Tibb bacıları onun xəstəxana qapısında əlil arabası ilə qarşılayıblar. Arabaya oturan 7 aylıq hamilə doğuş otağına çatmamış dəhlizdəcə körpəsini dünyaya gətirib. Lakin tibb bacıları bunun fərqinə varmayıblar. Onlar doğuşdan xəbər tutmadıqları üçün arabanı bir müddət sürüblər.

Yenidoğulan körpənin başı yerə belə dəyib. Dəhlizdəkilərin qışqırmasından sonra xəbər tutan tibb bacıları dərhal müdaxilə edərək uşağın göbək bağını kəsiblər. Qadın palataya, sürüklənən uşaq isə reanimasiyaya yerləşdirilib.

Başından xəsarət alan uşaq hələ də ölüm-qalım savaşı verir. Bu hadisəyə səbəb olan tibbi personal isə məsuliyyətə cəlb edilib.

Xəstəxana dəhlizində baş verənlər anbaan təhlükəsizlik kamerasının yaddaşına düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu