Pakistanda partlayış oldu, ölən və yaralananlar var


 Pakistanda partlayış oldu, ölən və yaralananlar var


Pakistanın Kvetta əyalətində təbii qaz daşıyan avtomobil partlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Onlardan 1 nəfər yerindəcə, digərləri xəstəxanaya yerləşdirilərkən həyatlarını itirib.

Partlayışın dəqiq səbəbi hələlik məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu