Hülusi Akar Hatayda yaralı əsgərləri ziyarət edib


Hülusi Akar Hatayda yaralı əsgərləri ziyarət edib


Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hülusi Akar İdlibdə yaralanan əsgərləri ziyarət edib.

Bu barədə “Haber Global” məlumat verib.

Məlumatda bildirilir ki, nazir ordu birləşmələrinin komandanları ilə birlikdə Hatay Dövlət Xəstəxanasına gedib.

O, İdlibdə yaralanan əsgərləri ziyarət edərək onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, İdlibdə Türkiyə Silahlı qüvvələrinə Suriya ordu birləşmələrinin endirdiyi aviasiya zərbələri nəticəsində 33 hərbçi şəhid olub, 32-si isə yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu