Ukraynaya 15 milyard dollar ayrılır


Ukrayna hakimiyyəti milli valyutanın stabilləşdirilməsi və dövlət büdcəsinin balanslaşdırılması məqsədilə beynəlxalq donorlarla minimum 15 milyard dollar əldə etmək üçün danışıqlar aparır.

AFN Ukrayna mətbuatına istinadən bildiri ki, bu barədə ABŞ-a səfəri çərçivəsində apardığı danışıqlardan sonra Vaşinqtonda keçirdiyi mətbuat konfransında Ukrayna XİN sözçüsü Vadim Pristayko məlumat verib.
“Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, ayrı-ayrı partnyorlar, o cümlədən ABŞ Ukraynanın bu çətin vəziyyətdən çıxması, valyutamızın stabilliyi və büdcəmizin balanslaşdırılması üçün hazır olduqlarını bəyan etdilər. Dediyimiz məbləğ, hansı ki, biz bəyan edirik, çox böyükdür – 15 milyard dollara yaxındır. Hesab edirik ki, bu elə bizə lazım olan məbləğdir”.

Rafiq ŞALBUZLU



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu