Koronavirusun yayıldığı ölkələrin sayı artır


Koronavirusun yayıldığı ölkələrin sayı artır


Mərkəzi Amerika ölkəsi olan Panamada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bunu ölkənin Prezidenti Laurentino Kortiso “Twitter” səhifəsində yazıb.

Məlumata görə, yoluxan şəxs panamalı qadındır. O, daha öncə İspaniyanın paytaxtı Madridə səfər edib.

Qeyd edək ki, İspaniya koronavirusun ən çox yayıldığı 6-cı ölkədir. Orada virus daşıyıcılarının sayı 1 200 nəfərdən çoxdur. Ölənlərin sayı isə 30-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 458-ə çatıb. Bunların 64 100 nəfəri sağalıb, 4 027 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu