İranda saxta içkidən ölənlərin sayı 73 nəfərə çatdı


İranda saxta içkidən ölənlərin sayı 73 nəfərə çatdı


İranda saxta alkoqollu içkidən 73 nəfər ölüb, 500-dən çox insan zəhərlənib.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Əhvaz Tibb Elmləri Universitetinin sözçüsü Əli İhsanpur məlumat verib.

Onun sözlərinə görə, martın 6-dan sonra saxta içki istehlak edən 500-dən çox insan zəhərlənmə diaqnozu ilə xətəxanaya yerləşdirilib.

Ə.İhsanpur bildirib ki, Xuzistan əyalətində saxta spirtli içkidən ölənlərin sayı 46 nəfərə çatıb.

Məlumata əsasən, İranın Əlborz əyalətində 15, Mazandaranda 12 nəfər saxta alkoqollu içkidən zəhərlənərək ölüb.

Əhvaz prokurorunun müavini Əli Bəyravənd deyib ki, saxta içki araşdırması ilə bağlı 17 nəfər tutulub.

Kərəc prokurorunun müavini Məhəmməd Ağayar bir müddət əvvəl bildirmişdi ki, ölkədə bəzi vətəndaşlar koronavirusa qarşı mübarizədə alkoqollu içkidən istifadəyə üstünlük verir: “Bu isə onların saxta spirtli içki içib ölməsinə səbəb olur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu